Bakı şəhər sakini Zaqatalada saxlanılıb

img

06-01-2020 [12:52]


Zaqatalada oğru saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, yanvarın 5-i axşam saatlarında Zaqatala rayonu Dardoqqaz kənd sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 550 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar Zaqatala RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxsin Bakı şəhər sakini 24 yaşlı Sənan Bayramov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı pullar maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR