5.5 milyon izləyicisi olan rusiyalı seksual model: "Ronaldu mesaj yazdı, sildim" - FOTOLAR

img

05-01-2020 [21:43]


"İnstagram"da 5,5 milyon izləyicisi olan Rusiyalı model Viktoriya Odintsova məşhur futbolçu Ronaldu haqqındakı yeni açıqlamaları ilə diqqəti özünə cəlb edib.

Mia.az Rusiya mətbuatına istinadla bildirir ki, Viktoriya Odintsova hazırda "Yuventus"da çıxış edən Ronaldunun bir vaxtlar ona mesaj atdığını, lakin həmin mesajı oxumadan sildiyini deyib: "O, əlbəttə, mənə mesaj yazdı. Əvvəl şəkilimi bəyəndi, sonra mənə "Salam, necəsən?" yazdı. Mən də onun mesajını tam oxumadan sildim, cavab belə vermədim".

Model bildirib ki, futbolçulardan belə mesajlar çox alır: "Onlar sanki bununla xəbər manşetlərinə çıxmağa can atırlar".

Yeri gəlmişkən, modelin aşağıda paylaşdığı son fotolarını 200 min nəfərə yaxın təqibçisi bəyənib, minlərlə şərh yazılıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR