Şeyxin qudası müxalifətə qarğış elədi: “Allah bəlanızı versin!”

img

13-09-2013 [23:20]


Azərbaycan Milli Məclisinin üzvü komitə iclasında müxalifətin ünvanına ittihamlar səsləndirib. APA-nın məlumatına görə, deputat Hacı Qalib Salahzadə Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Azərbaycandakı uğurları dananları, görmək istəməyənləri tənqid edib. 

O qeyd edib ki, bu gün Azərbaycanda baş verən yenilikləri, inkişafı aşkar formada dananlar var: "Bunu görməyənləri Allaha tapşırıram, onlar Allahın bəlasına gələcəklər. Anlaya bilmirəm, baş verənləri görməməkmi olar?! Danmaqmı olar?! Allah sizin bəlanızı versin!”.

Deputat deyib ki, bu gün dövlətin siyasəti nəticəsində təkcə Bakıda yox, bütün regionlarda sürətli yeniliklər, inkişaf baş verir: "Rayonlarla Bakının arasında fərq yoxdur. Hətta bunu danan müxalifətin özündə də inkişaf var. Məsələn, onlar əvvəllər 5 qəpiklik ianə aksiyası keçirirdilərsə, indi 10 manatlıq aksiya keçirirlər. Bu onların inkişafının göstəricisi deməkdir. Bunu belə danırlarsa, burunlarından gəlsin!”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA