"19 siyasi partiya 461 nəfəriin namizədliyini irəli sürüb" - MSK-dan seçki açıqlaması

img

04-01-2020 [15:35]


Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2066 nəfər müraciət edib.

Mia.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 2 min 66 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1903 nəfəri isə imza vərəqələrini artıq götürüb, 580 nəfəri qaytarıb, 285 nəfər isə qeydə alınıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub