Elza Seyidcahanın yeni geyimi şou-biznesin gündəmi oldu - FOTOLAR

img

01-01-2020 [17:44]


Əməkdar artist Elza Seyidcahan geyimi ilə yenə də hər kəsin təəccübünə səbəb olub.

Yeni geyimi haqda “Yeni Sabah”a danışan müğənni bildirib ki, onu modelyer Nura xanım şam ağacından və təbii saplardan hazırlayıb:

“Qədəm qoyduğumuz 2020-ci ildə bu çətir Azərbaycan  xalqını borandan, tufandan qorusun. Cənab prezidentimizi, birinci vitse-prezidentimiz Mehriban xanımı, onun ailəsini, sevənlərini, xalqını təbrik edirəm. 

Arzu edirəm ki, xalqımız bundan da gözəl yaşasın, daha da mehriban olsunlar. Mən buna inanıram. Bu belə də olacaq, çünki bizim İlham Əliyev kimi prezidentimiz var. O gün olsun ki, belə gözəl geyim layihələrini Qarabağda təqdim edək. İnşallah  bu belə olacaq, cənab prezidentimizin hansı bir sözü, hansı tövsiyəsi  həyata keçməyib ki? Biz bunları yaşayacağıq, görəcəyik”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR