Azərbaycanlı döyüşçüsü dünya çempionu olub - VİDEO

img

31-12-2019 [18:47]


Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev “Rizin Gran Prix 2019” turnirinin qalibi olub.

Məlumata görə, Yaponiyaın Saitama şəhərində turnirin final mərhələsi çərçivəsində həmyerlimiz Tofiq Musayev və “Pitbull” ləqəbli braziliyalı Patrik Freire üz-üzə gəlib.

Birinci raundda əlinin sınmasına baxmayaraq, döyüşü davam etdirən T.Musayev ikinci raundda rəqibini rinqdən kənara atıb. Hakimlərin yetkin qərarına əsasən Tofiq Musayev hər üç raundda rəqibindən üstün olub. Bununla da T.Musayev “Rizin Gran Prix 2019” turnirində yüngül çəkidə dünya çempionu olub. Bu qələbə isə Tofiq Musayevin 18-ci qələbəsi olub.

Qeyd edək ki, həmyerlimiz bundan əvvəl oktyabrın 12-də Yaponiyada avstraliyalı rəqibi Damien Braunla qarşılaşıb və cəmi altı dəqiqəyə ona qalib gəlib. Daha sonra amerikalı Conni Keys ilə qarşılaşan idmançımız rəqibinə vaxtından əvvəl, birinci raundda nokauta salmaqla qalib gəlib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR