PARLAMENT SEÇKİLƏRİ: 74 nəfər seçkidə iştirakını dayandırıb - MSK son məlumatları açıqladı

img

29-12-2019 [15:26]


"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 namizəd müraciət edib".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, 350 nəfər 18 siyasi partiya, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 1348 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1142 nəfəri isə artıq imza vərəqələrini götürüb. 159 nəfəri imza vərəqələrin dolduraraq geri qaytarıb və onlardan 27 nəfər qeydə alınıb. 74 nəfər isə özləri seçkilərdə iştiraklarını dayandırıb".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR