"Milçəkdən fil düzəltmək, münaqişə açmaq yaxşı hal deyil" - Nazirdən Afaq Bəşirqızına mesaj 

img

29-12-2019 [00:18]


“Afaq Bəşirqızı da, Azər Paşa Nemətov da Azərbaycanda kifayət qədər tanınmış, çəkisi olan şəxslərdir. Onların daha çox əməkdaşlıqlarını, bərabər teatr layihələri gerçəkləşdirməklərini görmək istəyərdim, nəinki qalmaqal yaratmaqlarını”.

Mia.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev APA-ya müsahibəsi zamanı deyib. Nazir yaradıcı proseslərdə bu kimi hallara tez-tez rast gəlindiyini bildirib:

“Hər bir yaradıcı adam özünü bəyan edir və bu iddiaları cəmiyyətdə biri qəbul edir, o biri qəbul etmir. Siz görmüsünüz ki, iki adam muğamı eyni cür oxusun? Hər ikisi oxuyur, ancaq onların arasında müəyyən fərqlər, yanaşmalar, interpretasiyalar var. Ona görə də bu münaqişələrə yaradıcı prosesə bəlkə də müsbət təsir göstərir. O ki qaldı onların özlərinə, mən kiməsə qadağa qoya bilmərəm. Nazirlik, ümumiyyətlə, senzor deyil, mən özüm də bunun tərəfdarı deyiləm”.

Ə.Qarayev eyni zamanda qalmaqalların cəmiyyət içərisinə çıxmasının düzgün olmadığını vurğulayıb:

“Bu cür qalmaqalları cəmiyyət içərisinə çıxarmaq mənim aləmimdə düzgün deyil. Burda mətbuatın da rolu var, milçəkdən fil düzəltmək, münaqişə açmaq yaxşı hal deyil. Mətbuatın mədəniyyət adamlarına münasibətdə müəyyən etika normaları olmalıdır. Yarıdıcı insanların cəmiyyətdə rolunu dərk edərək qarşılıqlı ziddiyyətlərin qabarıq şəkildə təqdim edilməsinə tərəfdar deyiləm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub