Parlament seçkiləri ilə əlaqədar 5 375 967 bildiriş çap olunacaq

img

28-12-2019 [15:21]


Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar çap olunacaq bildirişlərin sayı açıqlanıb.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Belə ki, 2020-ci ilin fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.

Qeyd olunub ki, parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 ədəd bildiriş çap ediləcək/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR