YAP Sumqayıtdakı deputatını dəyişir - Xanım komitə sədrinin bacısına "yaşıl işıq" yandırılıb

img

27-12-2019 [11:15]


41 saylı Sumqayıt birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi hazırki deputat Mirzəcan Xəlilov olmayacaq.

Mia.az xəbər verir ki, etibarlı mənbədən “AzPolitika.info”-ya daxil olan məlumata görə, onu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın bacısı əvəzləyəcək. Adını dəqiqləşdirə bilmədiyimiz bu xanımın Qərbi Kaspi Universitetində çalışdığı bildirilir. 

Mənbə bildirib ki, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun deputatlıq dövrü başa çatıb. Bu barədə hakim partiyadan onun özünə də bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR