Həbs olunan icra başçısının hakim oğlunun icraatındakı işlər geri alınıb

img

27-12-2019 [10:48]


Dekabrın 18-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən rüşvət və korrupsiya ittihamları ilə həbs edilən Ağstafa rayon icra hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin hakim işləyən oğlundan xəbər var.

Mia.az Gununsesi.org-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub. 

Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb.

Nizaməddin Quliyevin digər övladı Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR