Qadınlar Azərbaycan millisinin sabiq baş məşqçisinin mənzilini qarət ediblər

img

26-12-2019 [19:13]


Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin mənzili qarət edilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Belə ki, Ş.Diniyevin mənzilində olan ev əşyaları oğurlanıb. O, bundan sonra hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Araşdırma zamanı məlum olub ki, Ş.Diniyev mənzilini kirayə verib. Həmin mənzildə kirayə qalan qadın və onun tanışı ev əşyalarını elan saytına yerləşdirərək satıb. Daha sonra həmin qadın və tanışı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR