PARLAMENT SEÇKİLƏRİ: iştirak edəcək siyasi partiyaların sayı 20-yə çatdı + SİYAHI

img

26-12-2019 [17:05]


MSK bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanı qeydə alıb.

Mia.az xəbər verir ki, bu, Vətəndaş və İnkişaf Partiyası (VİP) olub.

Bununla da seçkidə iştirak edəcək partiyaların  sayı 20-yə çatıb.

Xatırladaq ki, VİP-dən əvvəl  bu partiayalar qeydə alınıblar:

Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, Ana Vətən Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının səlahiyyətli, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyası.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR