Rusiya hökuməti AVRO-2020-yə hazırlıq üçün 3,54 milyard ayırıb

img

26-12-2019 [12:10]


Rusiya İdman Nazirliyi 2020-ci ildə Sankt-Peterburqda futbol üzrə Avropa çempionatının 4 oyununun keçirilməsi üçün hazırlıq proqramını təsdiqləyib.

Bununla da 2019 və 2020-ci illəri əhatə edəcək proqram üçün 3,54 milyard (təqribən 100 milyon manat) ayrılıb. Bu məbləğin 2,98 milyard rublu federal büdcədən, 559 milyon rubl isə ölkədəki digər qurumların büdcələrindən veriləcək.

Rusiya millisi Belçika, Finlandiya və Danimarka komandaları ilə birgə B qrupunda yer alıb. Sankt-Peterburqda Belçika – Rusiya (13 iyun), Finlandiya – Rusiya (17 iyun), Finlandiya – Belçika (22 iyun) və 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR