VHP həbs olunan funksioneri ilə bağlı açıqlama yaydı: "Haqsız saxlandığı məlum olsa..."

img

25-12-2019 [21:35]


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 46 saylı Şirvan Dairə Seçki Komissiyasındakı (DSK) təmsilçisi Aqil Vəliyevin saxlanılması ilə bağlı açqılama yayıb.

VHP-dən Mia.az-a verilən məlumata görə, hazırda partiyada bununla bağlı məsələ araşdırılır: "Araşdırma apardıqdan sonra Aqil Vəliyevin haqsız yerə saxlanıldığı məlum olsa, biz sona qədər onun hüquqlarını müdafiə edəcəyik".

Xatırladaq ki, A.Vəliyev həm də Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri və 46 saylı Şirvan Dairə Seçki Komissiyasının (DSK) üzvüdür.

O, korrupsiya cinayətlərində təqsirli bilinir.

Məlumata görə. o, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub