VÜQAR SƏFƏRLİ ETİRAZLARDAN SONRA GERİ ÇƏKİLDİ - "Jurnalistlərin binası"nda xidmət haqqı endirildi
25-12-2019 [17:59]
Jurnalistlər üçün inşa olunan binaların sakinləri "Jurnalist Evi" MMC-dən imtina etməyə hazırlaşırlar.
Bu barədə sosial mediada məlumat yayılıb. Verilən xəbərlərə görə, bina sakinləri kommunal xidmətlərin təşkilindən narazılıq edirlər.
Sakinlərin sözlərinə görə, binalarda hər kvadrat metr sahə üçün 50 qəpik xidmət haqqı hesablanır. Bu isə Bakı şəhərində müəyyən edilmiş ən bahalı xidmət haqqı səviyyəsindədir.
Onlar deyir ki, binada yaşayan sakinlərdən hər ay on min manatdan çox vəsait toplanılsa da, ancaq onun müqabilində heç bir xidmət göstərilmir.
"Binalarda mühafizə xidməti "yox" səviyyəsindədir. Birinci binada mühafizə kameraları quraşdırılsa da, ancaq onlar işləmir. Son günlər isə həm birinci, həm də ikinci binaların mərtəbələrindən velosipedlər oğurlanır. "Jurnalist Evi" MMC “Riyad” Mühafizə Xidməti ilə müqavilə bağlasa da, ancaq oğurluq halları olan zaman mühafizə əməkdaşları məsuliyyətdən yayınırlar. Onlar bildirirlər ki, biz binanın nə həyətinə, nə də daxilinə cavabdeh deyilik", - deyə məlumatda qeyd edilib.
Mia.az xəbər verir ki, Bizimyol.info "Jurnalist Evi" MMC –nin direktoru Bünyamin İsmayılovla əlaqə saxlayıb.
Bünyamin İsmayılov ilk olaraq onu qeyd edib ki, artıq binada xidmət haqqı 50 qəpikdən 30 qəpiyə endirilib.
“MMC indi yaranmayıb, o yarananda komissiya müəyyən edib ki, qiymət 50 qəpik olsun. 3-4 gündür biz qiymətləri endirmişik, indi narazılqı edirlər? Mühafizə həmişə 2 nəfər olurdu, bir ildir gücləndirilmiş iş rejiminə keçmişik, gündüz 2, gecələr 2 nəfər mühafizəçi xidmət göstərir".
“Yaşayış binalarına xidmət göstərən MMC-lər sakinlərin iştirakı və təsisçiliyi ilə yaradılmalıdır. Ancaq sakinlər iddia edirlər ki, Vüqar Səfərli "Jurnalist Evi" MMC-ni yaradan zaman bina sakinlərinin iştirakını təmin etməyib” sualına Bünyamin İsmayılov belə cavab verdi.
“Mən nə deyə bilərəm? Mənə göstəriş verən o, adamdır. Mənim səlahiyyətim çatmır axı. Mən özbaşıma hərəkət edə bilmərəm, Vüqar Səfərlidən icazəsiz addım atmaram. Deyirdilər binaların qabağı qaranlıqdır, dedim, icazə verdi işıq çəkdik, bloklara əlavə xidmətçi götürdük. Bunların hamısı həmin toplanan vəsait hesabınadır. Özümüz- özümüzü maliyyələşdiririk. Daha hər xırda şey üçün Vüqar müəllimi narahat etmirik. Qapının “zamok”u qırılanda da ona deyib düzəltmirəm. Amma vacib məsələlərə o, qərar verir. Hesabatı isə hər ay verirəm. Kimə verirəm? KİVDF-yə, baş idarəyə,- deyə o, bildirib.
Xatırladaq ki, binada xidmət haqqı ilə bağlı etirazlar aylardır davam edir. Lakin KİVDF sədri Vüqar səfərli "biz bu məsələyə yalnız 3-cü bina təhvil veriləndən sonra baxacağıq", demişdi. Bir neçə gün əvvəl jurnalistlərin toplanaraq, yeni MMC yaratmaq niyyətlərinin ciddiləşməsindən sonra, görünür, KİVDF sədri geri çəkilmək məcburiyyətində qalıb.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib