AFFA bu klubları cəzalandırdı - Səbəb

img

25-12-2019 [13:31]


AFFA İntizam Komitəsi "Zirə" klubunu 800 manat məbləğində cərimələyib.

Mia.az AFFA-ya istinadla bildirir ki, buna səbəb qəsəbə təmsilçisinin 7 oyunçusunun "Səbail"ə qarşı keçirdikləri 1/4 fional mərhələsinin cavab matçında sarı vərəqə ilə cəzalanmasıdır. 

Qurum "Neftçi"ni də eyni məbləğdə cəzalandırıb. Paytaxt klubunun 4 oyunçusu "Sumqayıt"la cavab görüşündə sarı vərəqə alıb. 

Qeyd edək ki, "Zirə" "Səbail"lə görüşün əlavə vaxtında qol vuraraq, 1:0 hesablı qələbə ilə yarımfinala yüksəlib. "Neftçi" isə "Sumqayıt"la səfər matçında qolsuz heç-heçə edib. Ev oyununda flaqman 0:1 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR