Keçmiş nazirin nəvəsi haqqındakı hökmdən şikayət verib

img

25-12-2019 [12:22]


Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan sabiq vəkil Vüqar Poladov və sabiq müstəntiq Misir Əmirovun barələrindəki hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə baxışı yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq)maddəsi ilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  V. Poladov 8600 manat, M. Əmirov isə 5600 manat cərimələnib. Məhkəmənin hökmü ilə Vüqar Poladovun vəkillik fəaliyyəti ilə məşğul olması  iki il qadağan edilib.

Onu da qeyd edək ki, V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR