Bakıda qadın narkotiklə tutuldu - Bədənində və ayaqqabısının dabanında... + FOTO

img

25-12-2019 [10:40]


İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında narkotik vasitə keçirən qadın saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında paytaxt sakini İlhamə Kərimova metronun Həzi Aslanov stansiyasının yaxınlığında polis tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı İlhamə Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək gizli yolla gətirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR