Cəlal Abbasovun əsəri Almaniyada ifa olunub

img

24-12-2019 [15:54]


Cəlal Abbasovun əsəri Almaniyada ifa olunub

 

 

Noyabrın 23-də və dekabrın 21-də Almaniyanın  Essen şəhərində Essen-Rellinghousen Konsert Salonunda  kamera-musiqisi konsertləri keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, konsertlərdə Essen şəhərində ali musiqi təhsili alan istedadlı kontrabas ifaçısı Cavad Cavadzadə tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Cəlal Abbasovun solo kontrabas üçün "Münacat 1" əsərini ifa edib.

Konsertlərdə Bax, Haydn, Brams, Şuman, Şubert, Maler və  Şostakoviç kimi dünya klassiklərinin də kamera-instrumental  əsərləri  səsləndirilib.

 Gənc musiqiçimizin ifası dinləyicilərin böyük marağına səbəb olub və sürəkli alqışlarla müşayət edilib.

Qeyd edək ki, C.Abbasovun "Münacat  1" əsəri İtaliya, Fransa, Cənubi Koreya, Rusiya,  Gürcüstan və başqa xarici ölkələrdə görkmli musiqiçilər tərəfindən dəfələrlər ifa olunub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR