MSK-dan Cəmil Həsənli ilə bağlı açıqlama

img

12-09-2013 [13:16]


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin imza vərəqlərinin yoxlanılaraq qeydiyyata alınması məsələsinə yaxın günlərdə baxılacaq. Bu barədə Modern.az saytına Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov verib.

MSK təmsilçisi bildirib ki, namizədlərin qeydə alınmasına onların imza vərəqlərini MSK-ya təqdim etdiyi ardıcıllığıa uyğun olaraq baxılır: "Sentybarın 16-dək bu məsələlərə baxılaraq MSK tərəfindən rəsmi qərar veriləcək. O ki qaldı Cəmil Həsənli və digər namizədlərin qeydə alınması məsələsinə bu, imza vərəqlərinin təqdim edildiyi siyahıya uyğun olaraq həyata keçirilir”.

Qeyd edək ki, MSK indiyədək 7 nəfərin namizədliyini rəsmən qeydə alıb. Milli Şuranın vahid namizədi Cəmil Həsənli, REAL hərəkatının lideri İlqar Məmmədov, ADP sədri Sərdar Cəlaloğlu, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun namizədlik məsələsinə hələlik baxılmayıb


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA