"Qərara alındı ki...." - Pənah Hüseyn İqbal Ağazadə ilə Rauf Arifoğlunu barışdırdı?

img

24-12-2019 [11:20]


"Bu gün təşəbbüsümlə 35 saylı Xətai III Seçki Dairəsindən namizədliklərini irəli sürən Rauf Arifoğlu və İqbal Ağazadə ilə bir araya gəldik".

Mia.az xəbər verir ki, bunu sabiq millət vəkili Pənah Hüseyn öz sosial şəbəkə hesabında yazıb.

Pənah Hüseyn  qeyd edib ki, son bir sutkada baş verənlər müzakirə edilib: "Sosial şəbəkələrdə, mediada baş verən qarşılıqlı ittiham, etik normaları pozan şərh və statusları, o cümlədən gələcək fəaliyyətdə münasibətləri müzakirə etdik.

Nəticədə qərara alındı ki, tərəfdarlardan xahiş və tələb edilsin ki, sosial şəbəkə və mediada, təbliğat kampaniyasında ləyaqəti alçaldan, etik normaları pozan, qara piar xarakterli hər hansı status, yazı, şərh, çıxışlara yol verməsinlər. 35 saylı Xətai III Seçki Dairəsində seçki mübarizəsi yalnız sivil metodlardan istifadə edilməklə aparılacaqdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR