YAP bələdiyyə seçkiləri ilə bağlı bəyanat yaydı
23-12-2019 [21:50]
Yeni Azərbaycan Partiyası (YAP) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda partiyanın seçkiyə “Xalq üçün” şüarı ilə qatılaraq seçki kampaniyasının bütün mərhələlərində uğurla iştirak etdiyi vurğulanıb:
"Hər bir rayon və şəhər təşkilatının nəzdində seçki qərargahları yaradılmış, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasında qeydə alınmış Yeni Azərbaycan Partiyasının bu qurumda və hər bir seçki dairəsində səlahiyyətli nümayəndəsi, habelə respublika üzrə Mərkəzi Seçki Komissiyası, seçki dairələri və seçki məntəqələri üzrə beş mindən yuxarı müşahidəçiləri təyin edilib.
Yeni Azərbaycan Partiyası tərəfindən qəbul edilmiş qərara əsasən Azərbaycanda mövcud 1606 bələdiyyənin hər birini əhatə etməklə, ümumilikdə 14 min nəfərdən yuxarı bələdiyyə üzvlüyünə namizəd irəli sürülmüşdür. Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi namizədlər arasında gənclər və qadınlar əhəmiyyətli yer tutur.
Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində “Xalq üçün” şüarı ilə ölkənin bütün regionlarında, hər bir bələdiyyə ərazisində seçicilərlə çoxsaylı görüşlər keçirmişdir. Bu görüşlər bir daha təsdiq etmişdir ki, Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədləri dəstəkləyir.
Bələdiyyə seçkilərindən əvvəl və onun gedişində radikal müxalifət öz ənənəsinə sadiq qalaraq bu seçkiləri gözdən salmaq, yerli idarəetmənin strukturundakı rolunu şübhə altına almaq istiqamətində uğursuz təbliğat aparmağa cəhdlər göstərdi. Lakin əhalinin seçkilərə göstərdiyi maraq və böyük ictimai fəallıq onların bir daha cəmiyyətlə ayaqlaşa bilmədiklərini və xalqın arasında nüfuzunu tam olaraq itirdiyini bir daha sübut etdi.
Bu gün keçirilən səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibi formalaşacaq, minlərlə vətəndaş ölkənin yerli özünüidarəetmə orqanlarında təmsil olunaraq, regionların idarə olunmasında, sosial və iqtisadi problemlərinin həllində, bütövlükdə dayanıqlı inkişafın təmin edilməsi prosesində yaxından iştirak etmək imkanları qazanacaq.
Partiyamızın çoxsaylı müşahidəçilərinin verdikləri ilkin məlumatlara əsasən YAP-ın bu seçkilərdə də seçicilərin tam dəstəyini əldə etdiyini ifadə edə bilərik. Bu inam Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlardan, ardıcıl həyata keçirilən mütərəqqi sosial layihələrdən, ölkəmizin regionda və dünyada artan nüfuzundan irəli gəlir. Hesab edirik ki, dekabr ayının 23-də baş tutmuş növbəti bələdiyyə seçkiləri ölkəmizdə seçki demokratiyasının daha da inkişafına öz töhfəsini verəcək".
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)