"İndi bu icra başçısı öz villasına yeməkxana kimi baxsaydı, daha acınacaqlı olmazdımı?" - Deputat

img

23-12-2019 [17:20]


"İndi də düşüblər İmişlinin icra başçısının üstünə ki, bəs adam "indiyədək yataqxanada yaşayıram" deyib. Hərfi mənada anlaşılmaması aydındır: bir icra başçısının bu formada yazıqlıq obrazı yaratması inandırıcı deyil. Ancaq mahiyyətcə doğru danışdığını düşünürəm".

Mia.az xəbər verir ki, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

O bildirib ki, bizdə insanların çoxluğunun düşüncəsində ev ya yataqxanadır, ya yeməkxana, ya da istirahətxanadır: "Yaxud da mövcudluğunu qorumaq üçün daldalanmaxanadır. Ev nə yaratxanadır, nə kitabxana, nə də emalatxanadır!. O halda nə qədər böyük villan olursa olsun, yeni tikilidə nə qədər böyük mənzilin olursa olsun onun mahiyyəti sənin dünyagörüşünlə tənzimlənir. İndi bu icra başçısı öz villasına yataqxana kimi baxırsa, yenə də normaldır, yeməkxana kimi baxsaydı daha acınacaqlı olmazdımı?".

Xatırladaq ki, bir neçə gün əvvəl imişlinin icra başçısı Vilyam Hacıyevin əmlakları haqda sosial şəbəkədə siyahı yayılmışdı. Rayon İcra Hakimiyyəti bu xəbərə reaksiya verərək, məlumatı yalanlamış və "Hazırda icra başçısı ailəsi ilə birlikdə ayı 124 manata kirayədə qalır", - deyə açıqlama vermişdi.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR