İqbal Ağazadə ilə Rauf Arifoğlu indidən bir-birinə qarşı hücum anonsu verdi - Mandat sevdası keçmiş "xlebnik"ləri "üz-göz" etdi
23-12-2019 [16:28]
Ümid Partiyasının sədri İqbal Ağazadə Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğlunun onun namizəd olduğu 35 saylı Xətai Seçki Dairəsindən namizədliyini elan etməsinə münasibət bildirib.
Partiya sədri dostluq münasibətləri olan R.Arifoğlunun bu qərarından narazılığını gizlətməyib, lakin qalib gələcəyinə inamını ifadə edib.
“Bizim mücadilə və mübarizəmiz dəyərlər və qanunlar üçündür. Biz bu ölkədə dəyərlərin və hüququn aliliyi naminə hər şeyimizdən keçməyə hazırıq. Hüquq Rauf bəyə haqq verir ki, istənilən dairədən namizədliyini irəli sürüb mübarizə aparsın. Passiv seçki hüququndan istifadə etməyə kimsəyə qadağa qoymağa nə mənim, nə də sizin haqqınız yoxdur”, – İ.Ağazadə R.Arifoğlunu ittiham edən tərəfdarlarına xitabla Feysbukda yazır.
Ümid sədri əminliyini ifadə edib ki, o, 35 saylı dairənin seçicilərindən səs ala biləcək. Sitat: “Biz seçicidən səs almaq istəyirik. Və əminəm ki, alacağıq. Bunu hər kəs bilir, şübhə edənlər də həm təbliğat, həm də səsvermə günü bir daha şahid olacaqlar. Mən heç vaxt başqa dairədən namizədliyimi verməmişəm. Haqqım tanınanda da, tanınmayanda da bu dairənin seçicilərinə üz tutmuşam. Ənənəmə bu dəfə də sadiq qaldım. Rauf bəylə şəxsi münasibətlərimizdən dolayı sizlər onun namizədliyini bu dairədən verməsinə aqressiv yanaşır, mənim heç zaman o namizəd olduğu dairədən iddia ortalığa qoymayacağımı bildiyiniz üçün emosional davranırsınız. Doğrudur, mən heç vaxt Rauf bəyin dairəsindən – həm də həmişə iddialı olduğu, onun daima ordan namizədliyini verdiyini bildiyim dairədən – namizədliyimi verməzdim. Bu mənim prinsiplərimdir. Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə dəyərlərə sayğımın ifadəsi belədir. Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar. Lakin Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə imtina etməyə vicdanları olsun”.
İ.Ağazadə rəqibi R.Arifoğluna seçki ilə bağlı “məsləhətlərini əsirgəməməyə” hazır olduğunu qeyd edib: “Namizəd olan hər kəsə, o cümlədən Rauf bəyə uğurlar arzulayıram. Həmişəki kimi dəstək ola bilməyəcəyəm, əziz Rauf bəy. Lakin seçki texnologiyalarını bilən adam kimi seçki qərargahınıza məsləhətlərimi əsirgəmərəm. Mən olduğum yerdə dəyərlər heç zaman pozulmayıb, bir ömür də belə olacaq – mənə münasibətdən asılı olmayaraq. Rauf bəy, bir daha uğurlar arzu edirəm, sizinlə yanaşı gerçək mübarizə aparmaq istəyən hər kəsi bu dairəyə dəvət edirəm”.
İ.Ağazadə sonda rəqiblərinə olmuş bir əhvalat üzərindən düşündürücü bir xəbərdarlıq da edib: “P.S. Bir gün yenicə Əməkdar Artist adı alan müğənnilərdən biri mərhum sənətkarımız Habil Əliyevə deyir ki, bəs mənə də Əməkdar Artist adı verdilər. Habil müəllim deyir ki, onlar verdi verdi, bəs sənin abırına nə gəldi ki, götürdün? İndi namizəd olanlar bir də bunu düşünsünlər: xalq səs vermirsə, nəyisə götürməyin, daşıya bilməyəcəksiniz…”.
Rauf Arifoğlunun İqbal Ağazadəyə cavabı da gecikməyib.
“Ümid partiyasının rəhbərlərinin və İqbal Ağazadənin tərəfdarlarının, səlahiyyətli nümayəndələrinin haqqımda apardıqları kampaniyanı izləyirəm. Şikayətçi deyiləm. Mənim 35 saylı dairəyə bir ərizə ilə müraciət etməyimlə, ölkədə parlament seçkilərinə start verilib. Hansı dairədən namizədliyimi versəydim, belə olacaqdı və oralarda da mütləq kimsə tapılacaqdı ki, desin, “Rauf Arifoğlu niyə gəldi?”. Kimsə özündən güclü olan, yaxud gücünü öz gücünə yaxın hiss etdiyi namizədi sevməz, istəməz”, – deyə R.Arifoğlu “Modern.az”-a açıqlamasında bildirib.
O qeyd edib ki, demokratiyadan danışanlar, “demokratam” deyənlər bu istəməzliyi bir az fərqli, daha sivil ifadə etməlidirlər: “Dünyadakı ən böyük dəyərin əslində demokratiya və hüquq olduğunu unutmamaq lazımdır. Zahidin haqdan qaçması kimi, azcana bunlara əziyyət olacaq bir situasiyada dönüb, demokratiyadan qaçırlar. Milli mentalitetdən danışırlar. Milli mentalitetə qalsaydı, bəziləri gərək utandığından mənim adımı zikr etməyəydi”.
Media Qrupun rəhbəri bütün iddialara cavabının olacağını da istina etməyib: “İqbal Ağazadəyə uğur arzulayıram. Ona və bütün iddialara cavablarım olacaq. Bir az səbr…
Yeri gəlmişkən, xatırladıram ki, daha iki ”türmə dostu”, iki ”xlebnik” 15 saylı dairədən biri-birinə rəqibdirlər – Arif Hacılı və Sərdar Cəlaloğlu. İki tanınmış jurnalist və iki dost – Zahir Əzəmət və Ceyhun Musaoğlu isə 45 saylı dairədə yarışacaq. Daha da olacaq. Əslində, dəyər budur, demokratiyanın oyun qaydaları budur. Kimə hara uyğundur, kim şansını hansı dairədə görürsə, oradan da namizədliyini verir. İqbal Ağazadə də belə bir şansın arxasınca 2015-ci ildə Ağdaşa getmişdi. 90 saylı dairəyə. Orada ona daş atırdılar ki, “bizim dairəyə niyə gəldin?!”. İndi də “Ümid”çilər həmin daşları mənə atırlar – bizim dairəyə niyə gəldin, deyə. Sağ olsunlar. Məni iqtidar namizədi elan edib, seçicilərini də yönləndirilər ki, İqbal bəyin şansı qalmadı”…
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"