Elmar Məmmədyarov: “Əsas çətinliyimiz regionda həll edilməmiş münaqişələrdir”

img

23-12-2019 [14:47]


“Regionda mövcud olan münaqişələr ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının 8-ci görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Əsas çətinliyimiz regionda həll edilməmiş münaqişələrdir”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.

 
Nazir qeyd edib ki, üçtərəfli görüş çərçivəsində imzalanan birgə bəyanata Azərbaycan tərəfindən tam təhlükəsizliklə bağlı bölmə əlavə edilməsi təklif edilib və bu təklif qəbul olunub/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR