60 YAŞLI HİKMƏT CƏMİLZADƏNİN HƏYATINDA YENİ MƏRHƏLƏ... - Xankəndindən başlayan ömür yolu
22-12-2019 [14:35]
Əziz dostum, gözəl insan Hikmət Cəmilzadə!
Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizi tanımaqdan və uzunmüddətli dostluğumuzdan qurur duyuram. Mən Sizi tanıyanda 20 yaşınız olardı. İlk gündən səmimiyyətiniz, ünsiyyət yarada bilmə qabiliyyətiniz məni özünə çəkdi...
...İndi o illərdən nə qədər vaxt keçib. Tələbəlik illəri arxada qaldı. Xankəndili günlərimiz yalnız xatirələrdə, yaddaşlardadır. Həyat yolları Xankəndi Pedaqoji İnstitutundan sonra bizi başqa Universitetlərə aparsa da Qarabağın gözü olan Xankəndi-Şuşa məkanlarında olan tələbəlik, gənclik illərinin söz-söhbətləri, beynəlmiləl bir şəhərdə gedən millətçilik oyunlarının yaddaşımıza hopmuş xatirələri bizim üçün nə qədər əzizdir, nə qədər doğmadır. Sizin dosta sədaqət hissiniz, dost yolunda cəfakeşliyiniz heç yadımdan çıxmır. Qəlbiniz məhəbbət şerləri ilə dolu idi. O qədər maraqla o şerləri dinləmişəm, sevgi məktublarını oxumuşam.Yaşadığımız sevgi macəralarını dost kimi bir-birimizə deməkdən çəkinmirdik. Biz tələbə olsaq da Xankəndinin ictimai-siyasi həyatını müzakirə etmək, fikir mübadiləsi aparmaq gücündə idik. DQMV-nın bütün rəhbər işçilərinin iş fəaliyyəti, şəxsi keyfiyyətləri barədə nə qədər məlumatlıydıq...
...Ulu Tanrı o müdrik və gözəl atanız Cəmil müəllimə rəhmət eləsin. Onun tarix müəllimi kimi uğurlu və sevilən fəaliyyəti, ermənilərə qarşı mübariz mövqeyi barədə hər kəs məlumatlıdır. Ananız Şura müəllimə Qarabağın sevilən ziyalı qadınlarından olmaqla, tanıdığımız bir ziyalı xanımdır. Allah ömür versin! Bizi necə çox istəyirdi? Əziz dostum, Hikmət müəllim! Yubileyiniz günündə təbrik ünvanlayarkən, demək istədiyim sözlər o qədərdir ki, bilmirəm necə deyim!.. Çox dəyərli, əzizimiz, itkisi ilə hamımızı sarsıdan Nazim qardaşınıza Allah rəhmət eləsin! Onun itkisi tanıyan hər kəsi sarsıdır. O, bizim də qardaşımız idi...
... Nə gözəl ki, kiçik qardaşınız, istedadlı jurnalist İlham müəllimin qələmindən süzülən Xankəndili günlərin xatirələri mətbuatda maraqla oxunur. Qarabağın və Xankəndimizin ən sevilən ziyalılarını Sizin ailənin simasında tanımaq və dəyərləndirmək olar...
...Bizim üçün çox dəyərli Hikmət Cəmilzadə! Siz 60 yaşa əliboş gəlməmisiniz. Azərbaycan DİN və FHN sistemlərində çox ürəkaçan uğurlu fəaliyyətiniz, polkovnik rütbəsinədək keçdiyiniz həyat yolu, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, tarix elmləri üzrə fəlsəfə doktoru kimi fəxri və elmi adlarınız, ədəbi- bədii kitablarınız, alim kimi elmi araşdırmalarınız.. Hikmət müəllim, 60 illik yubileyiniz mübarək! Ürəkdən təbrik edirik! Siz qocalığın gənclik dövrünə qədəm qoydunuz. Gənclik yaşınız mübarək! Sevgimizi, arzu və diləyimizi qəbul edin! Bu yubiley münasibətilə ailə üzvlərinizi, Sizi sevən hər kəsi təbrik edirik. İnanıram ki, dövlətimizə, xalqımıza, Vətənə və ürəkdən sevdiyin Heydər Əliyev siyasi kursuna xidmətlərinizdə yeni yaş yeni bir mərhələnin baçlanğıcı olacaq.
Uğurlar olsun!
Öpürəm Sizi!
Səxavət Tağlar,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Beynəlxalq Rəsul Rza mükafatlı,
"Vətənpərvərlik işinə görə" medallı yazıçı-publisist.
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb