Bələdiyyə seçkilərini izləmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

img

22-12-2019 [13:32]


“Bələdiyyə seçkilərində iştirak edəcək yerli müşahidəçilərin sayı 52636 nəfərdir”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, müşahidəçilərdən 1512 nəfəri Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçib.

M.Pənahov qeyd edib ki, Azərbaycanda keçiriləcəkl bələdiyyə seçkilərini müşahidə etmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyata alınıb: “Beynəlxalq müşahidəçilər Avropa və MDB ölkələrinin mərkəzi seçki komissiyalarıdır. Gürcüstan və Ukraynanın Mərkəzi Seçki Komissiyasının sədrləri, daha iki ölkənin Mərkəzi Seçki Komissiyalarının sədr müavinləri müşahidəçi qismində iştirak edəcək”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR