"Liverpul" klublararası dünya çempionu oldu

img

22-12-2019 [00:33]


Qətərdə futbol üzrə klublararası dünya çempionatının final oyunu keçirilib.

Dohadakı "Halifa İnternational" stadionunda "Liverpul" və "Flamenqo" komandaları qarşılaşıb.

Matçın əsas hissəsində qapılara qol vurulmadığından əlavə vaxt təyin edilib. Qarşılaşmanın 99-cu dəqiqəsində Roberto Firmino topu "Flamenqo"nun qapısından keçirərək, "Liverpul"u hesabda ön çıxarıb - 1:0. Bu, matçda vurulan yeganə qol olub. "Liverpul" yeganə qolla klublararası dünya çempionatının qalibi olub. 

Bu, "Liverpul"un klublararası dünya çempionatının qalibi kimi ilk qələbəsi olub. 

Bununla da Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatı başa çatıb.

Qeyd edək ki, qarşılaşmanı Qətərdən olan hakimlər briqadası idarə edib.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR