Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ikinci dialoq keçirilib - Nələr müzakirə olunub?

img

20-12-2019 [18:17]


Dekabrın 19-da Bakıda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqun ikinci mərhələsi keçirilib.

Mia.az ittifaqın Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir ki,  görüşdə qarşılıqlı maraq kəsb edən aktual siyasi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, görüşdə eyni zamanda, münaqişələrin həlli və böhranların nizamlanması, regional və beynəlxalq təhlükəsizlik üçün təhdidlər və problemlər, habelə praktik əməkdaşlıq imkanları müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR