AzTV sədri hesabat verdi
20-12-2019 [17:50]
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) ilin yekunları ilə bağlı toplantı keçirilib.
Qurumdan bildirilib ki, QSC sədri Rövşən Məmmədov toplantıda il ərzində görülən işlərlə bağlı məlumat verib.
Bu il QSC-də ümumilikdə 56 yeni verilişin açıldığını deyən R.Məmmədov bunların 32-sinin AzTV, 12-nin Mədəniyyət TV, 12-nin isə İdman TV-də yayımlandığını söyləyib.
Hesabatda qeyd edilib ki, hər 3 kanal (AzTV, Mədəniyyət TV və İdman TV) rebrendinq olunub, bütün qrafiklər yenilənib. İl ərzində QSC-də həmçinin 32 yeni film hazırlanıb ki, onlardan 11-i siyasi, 25-i Telefilmin məhsulu olan bədii filmdir. 9 ekran əsəri isə istehsaldadır.
Bundan başqa il ərzində 17 yeni studiya tikilib.
Xüsusən də, yayım sistemini rəqəmsallaşdırmaq və HD sistemə keçid üçün yeni server sistemi və server otaqları quraşdırılıb ki, görülən işlər nəticəsində gələn il AzTV-ni HD yayım sisteminə keçirmək mümkün olacaq.
16 HD kamerası və canlı bağlantıları təmin etmək üçün 2 ədəd Dejero markalı portativ strim avadanlığı alınıb. 69 ədəd mikrofon, 1 ədəd dron, 90 kompyüter alınaraq istifadəyə verilib. Yaxın günlərə isə 10 yeni avtomobil də alınaraq avtotəsərrüfata təhvil veriləcək.
2019-cu il yanvar ayından noyabr aylarına qədər müddətdə minə yaxın əməkdaşın əmək haqqı artırılıb, qanorar artımı isə 96 faiz təşkil edib.
Uzun fasilədən sonra bu il Telekademiyanın fəaliyyətində də irəliləyiş olduğu bildirilib. R.Məmmədov onu da qeyd edib ki, Telekademiyaya il ərzində 153 nəfər qəbul olunub ki, onlardan da 73-ü məzun adını qazanıb. Həmin məzunlardan 21-i müqavilə əsasında QSC-də işə qəbul olunub.
Daha sonra qarşıda duran məsələlərin həllinə toxunulub, yeni planlardan danışılıb. QSC-də 3 mərtəbədən ibarət pavilyon və qonaq otaqlarının tikilməsi, TV binasında və radioda təmir-bərpa işlərinin həyata keçirilməsi, əməkdaşların qanorarlarının artırılması qarşıda duran planlara daxildir.
R.Məmmədov bildirib ki, görülən bütün işlərin və qarşıda duran strateji planların reallaşması ilk növbədə dövlətin Azərbaycan Televiziyasına xüsusi diqqət və qayğısından qaynaqlanır. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən il ərzində ayrılan vəsaitlər Televiziyanın əməkdaşlarının maddi rifahının daha da yaxşılaşması, həmçinin zəruri texniki avadanlıqların alınması, TV-nin fəaliyyətinin keyfiyyət və məzmunca yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm önəm kəsb edir. Məhz bu diqqət və qayğı Azərbaycan TV və Radio Verilişləri QSC-nin öz işini daha peşəkar, məzmunlu və ən əsası müasir prinsiplər üzərində qurmağa stimullaşdırır.
Sonda Azərbaycan Prezidenti tərəfindən təltif olunan bir qrup televizya və radio əməkdaşlarının mükafatları təqdim edilib. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya QSC kollektivi adından minnətdarlıq bildirilib.
Report
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb