PARLAMENT SEÇKİSİ: daha 4 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı - MSK-da iclas

img

20-12-2019 [16:27]


Bu gün MSK-nın keçirilən iclasında daha 4 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Mia.az xəbər verir ki, iclasda Təkamül, Müsavat, Azərbaycan Sosial Rifah və Vəhdət Partiyalarının səlahiyyətli nümayəndələri təsdiqlənib.

Bununla da Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 15-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl 11 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR