YAP-dan MƏMURLARIN HƏBSİNƏ REAKSİYA: "Heç kəsə güzəşt edilməyəcək"
20-12-2019 [14:27]
Azərbaycanın aparıcı rayonlarının birinin icra başçısının rüşvətə, korrpusiyaya görə tutulması göstərir ki, ölkədə bu neqativ hallara qarşı çox ciddi mübarizə aparılır.
Mia.az xəbər verir ki, bunu Trend-ə YAP-ın şöbə müdiri, deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə müşavirələrdə, ayrı-ayrı tədbirlərdəki çıxışlarında dövlət qulluqçularını xalqa ləqayətlə xidmət etməyə, əyri yollardan çəkinməyə çağırıb.
Deputat əlavə edib ki, dövlət başçısının son dövrlərdə təyin etdiyi icra başçıları ilə etdiyi söhbətlər də birbaşa cəmiyyətə mesaj kimi ötürülür.
A.Mirzəzadənin fikrincə, Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevin, eyni zamanda Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun hərəkətləri göstərir ki, bəzi insanlar özlərini cəzasız hiss edirlər. Bəzi məmurlar Prezidentin çağırışının onlara aid olmadığını düşünür və təyin edildikləri postdan rüşvət mənbəyi kimi istifadə edirlər:
"Amma bununla belə, dövlət özünün əsas prinsiplərini qoruyur. Dövlət daim şəffaflığın, qanuna hörmətetmənin vacibliyini bildirir, öz qulluqçularından da bu baza prinsiplərə əməl etməyi tələb edir. Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevin də rüşvətxorluqla məşğul olma faktlarının açıqlanması bir daha onu göstərir ki, Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluqla mübarizəni öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Heç kəsə güzəşt edilməyəcək və hər kəs belə əməllərə görə öz cəzasını mütləq alacaq. Bu, dövlət qulluğunda çalışan hər bir kəsə edilən növbəti ciddi xəbərdarlıqdır. Belə hallar aşkarlandıqca onlar məhkəmə qarşısında duracaqlar və etdiyi əməllərə görə cavab verəcəklər. Azərbaycanda onları əvəz edə bilən kifayət qədər təmiz, Prezidentə və dövlətçiliyə sədaqətli, fəaliyyətini xalqın rifahının yüksəldilməsinə yönəldən gənc kadrlar var. Dünən yayılan görüntülər də hakimiyyətin neqativ hallara qarşı barışmaz siyasət yürütdüyünü göstərir".
Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nizaməddin Quliyev dekabrın 20-də dövlət başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"