Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini ilə müzakirə aparıb

img

19-12-2019 [22:30]


Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıblar və maraq doğuran sahələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Görüş zamanı həmçinin Azərbaycanla Aİ arasında yeni Saziş mətninin razılaşdırılması üzrə aparılan danışıqların cari vəziyyəti müzakirə edilib.

Jan-Kristof Belliard Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın mövcüd durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Elmar Məmmədyarov ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini və buna böyük əhəmiyyətin verildiyini qeyd edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR