Azərbaycan Kuboku: "Qəbələ" yarımfinalda "Zirə" ilə üz-üzə gələcək

img

19-12-2019 [21:04]


Futbol üzrə Azərbaycan Kubokunda ikinci yarımfinalçı bəlli olub.

Bu, son ölkə kubokunun qalibi "Qəbələ" komandasıdır.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 1/4 final mərhələsinin cavab matçında səfərdə "Sabah"ı 3:1 hesabı ilə məğlub edib. 22 və 23-cü dəqiqələrdə "Qəbələ"nin gürcüstanlı hücumçusu Davit Volkov fərqlənib.

62-ci dəqiqədə Bəhlul Mustafa hesab arasındakı fərqi azaltsa da, iki dəqiqə sonra Klesio Bauk komandasının üçüncü qoluna imza atıb. Mustafazadə 76-cı dəqiqədə növbəti dəfə topu sabiq komandasının qapısından keçirib. "Sabah"ın bundan artığına gücü çatmayıb.

Əyalət təmsilçisi ilk görüşdə rəqibini 3:0 hesabı ilə üstələyə bilib.

"Qəbələ" yarımfinalda "Zirə" ilə üz-üzə gələcək.

Qeyd edək ki, digər iki yarımfinalçı sabah bəlli olacaq. "Sumqayıt" "Neftçi"ni, "Keşlə" isə "Qarabağ"ı qəbul edəcək. Yarımfinallar 22 - 29 apreldə keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR