"Üzr istəməkdənsə..." - Müsavatda namizədliklə bağlı gərginlik

img

18-12-2019 [15:51]


“Müsavat Partiyası seçkilərdə iştirak haqqında qərar verdiyi Məclis toplantısında bütün rayon təşkilatlarına və üzvlərinə açıq formada müraciət etmişdi ki, kim hansı dairədən namizəd olmaq istəyirsə partiyaya bildirsin. Kim ki, müraciət edib müzakirə edilib”.

Mia.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı deyib.

S.Soltanlı bildirib ki, Yadigar Sadıqlı partiyanın namizədi olmamaq üçün riyakarlıq edib, gizli şəkildə namizədliyini verib: “Partiya son ana qədər onun qərarını gözləyib ki, Yadigar Sadıqlı fikirləşsin bitirsin, bir qərar versin. (Sosial şəbəkədə bildirmişdi ki, maddi problemlərlə bağlı qərarını qətiləşdirməyib. Maddi dəstək taparsa, 73 saylı dairədən namizəd olacaq) Partiya da bu fikirləşmənin bitməsini əlbəttə sonsuza qədər gözləyə bilməzdi. Bununla belə həmin dairədən namizəd irəli sürməyib, hələ də namizəd siyahımız yekunlaşmayıb”.

Müsavat başqanının müavini əlavə edib ki, partiya başqanı dekabrın 14-ü namizədlərin açıqlanacağını elan etmişdi: “Bununla belə, bu açıqlamanı 2 gün də ertələdik. Bu müddət ərzində Yadigar Sadıqlı seçki işinə rəhbərlik edən Gülaga Aslanlıya heç bir müraciət etməyib. Baxmayaraq ki, siyahı açıqlandıqdan 2 gün əvvəl partiyanın mərkəzi qərargahında olub. Partiya üzvü partiyaya müraciət etmədən, latent şəkildə DSK ya gedib namizədlik verib, bu hərəkətinə görə ən azı partiya üzvlərindən üzr ustəmək əvəzinə, yenə də partiyanı borclu çıxarmağa çalışır. Namizəd olacağını sosial şəbəkədə belə elan etsəydi partiya onu rəsmən dəstəkləyəcəkdir.

Yadigar Sadıqlı əmin olsaydı ki, o müraciət etsə, partiya onu dəstəkləməz, o, mütləq ictimai qaydada bu müraciətini edər, ən azı seçkidə iştirak edəcəyi haqqında şəbəkədə elan verərdi. O müraciətindən sonra partiya onu dəstəkləməsəydi o bundan növbəti şou düzəldərdi. O zaman haqlı da olardı. Bu dərəcədə riyakarlığı insanlar necə bacara bilir?”.

“Partiyadan və ictimaətdən gizli şəkildə namizəd olan şəxsin adının partiyanın siyahısında olmamasına görə partiyanı ittiham edən Hebib Müntezir, “Yadigar Sadıqlının adı siyahıya salınmadı” deyib verliş hazırlayan Meydan tv hansı məntiqlə belə təqdimat verə bilir? Elementar məntiqi təfəkkürü olan hər hansı şəxs bu duruma görə nəinki Müsavat Partiyasını ittiham etməməli, belə duruma görə gizlin, partiyadan və cımiyyətdən oğurluq hərəkət edən şəxsi ən sərt formada qınamalı və məntiqli suallara qonaq etməli idi. Biz uzun zamandır ki, bu kimi riyakarlıqlarla üz-üzə qalmışıq. İndi özünüz nəticə çıxarın” – S.Soltanlı əlavə edib. (pravda.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR