"Keşlə" saxlanılan məşqçi və inzibatçı haqda bəyanat yaydı

img

17-12-2019 [10:51]


Keşlə” futbol klubu əsas komandanın məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərovun danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunmaları ilə bağlı bəyanat yayıb.

Mia.az xəbər verir ki, rəsmi açıqlamada adı çəkilən şəxslərin 2017-ci ildə “Binə” Futbol Klubundakı fəaliyyətlərinə görə izahat verdikləri bildirilir:

""Keşlə" klubu müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq. 

Qeyd etmək istəyirik ki, aparılan araşdırmaların “Keşlə” Futbol Klubuna heç bir aidiyyatı yoxdur. Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir".

"Keşlə"dən bildirilib ki, hər iki şəxs araşdırmalar bitənədək klubdan müvəqqəti kənarlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR