10-09-2013 [22:28]
Prezident seçkiləri yaxınlaşdıqca, siyasi düşərgələrdəki gərginlik də artır. Seçkiyə qoşulanlar da, qoşul-mayanlar da prosesin nə ilə nəticələnəcəyi ilə bağlı proqnozlar verirlər. Təbii ki, bütün tərəflər arzula-dıqları nəticəyə uyğun proqnozlar səsləndirirlər. Bu səbəbdən də bir qədər ortaq dəyərləndirmə apar-maq üçün uzun müddətdir siyasi proseslərdən kənarda qalan Borçalı Cəmiyyətinin rəhbəri, KXCP Ali Məclisinin keçmiş sədri Zəlimxan Məmmədli ilə söhbətləşdik. Zəlimxan bəylə söhbətə seçkiöncəsi və-ziyyətdən başladıq.
- Nə qədər uzaqda olsam da, könülcə prosesə çox yaxınam. Bəlkə də prosesləri izləməyin özü daha ob-yektiv qənaətə gəlməyə əsas verə bilir. Hər halda, təəssüfedici hallar kifayət qədərdir. Azərbaycan insanı öz yaşayışından məmnun deyil. Ќeftimiz fantan vurur, milyon tonlarla neft istehsal olunur, ölkəyə böyük pullar gəlir, amma insanlarımız məmnun deyillər. Bu gün insanlarımızın ruhu yerində deyil, çox aqressivdirlər. Bunu küçədə də, bazarda da, ətrafımızda da müşahidə edirik. Sadəcə, Azərbaycanda oyun qaydaları dünyanın oyun qaydalarından fərqlidir. Milli təfəkkürdən xeyli uzaq olan bir qrupdan müxtəlif dövlət qurumları yaradıblar və formalaşan aura Azərbaycan xalqının gerçək simasını əks elət-dirmir. Getdikcə də dünyadan təcrid olunuruq və dünyanın geriqafalılarının rəğbətini qazanırıq. Amma dünyanın işıqlı, insanın uca tutulduğu cəmiyyətlərdən uzaqlaşırıq. Yaxud da onlar bizə ironik yanaşırlar, bəzən də biz özümüzü gülməli aparırıq. Halbuki bu, bizim gerçək simamız deyil.
- Zəlimxan bəy, belə bir mənzərənin formalaşması nəyin nəticəsidir?
- Bu, ictimai-siyasi həyatda qütblərarası amansızlığın təzahürüdür. Burada iqtidar birbaşa məsuliyyət da-şıyır. Mən hər zaman qütblərarası etimadın tərəfdarı olmuşam və bunun da kökündə kiməsə yarınmaq yox, milli və dövlət maraqlarımız dayanıb.
Bu gün hakimiyyət oyun qaydalarını, seçki qanunvericiliyini kobud şəkildə pozur. Namizədlər qeydə alınmamış bir namizəd televiziya kanallarında təbliğ olunur. Digərlərinə qarşı isə 21-ci əsr təfəkkürünə, ümumiyyətlə, ədəb-ərkan qaydalarına uyğun olmayan əks-təbliğat aparılır. Bu, acı reallıqdır ki, Azər-baycanda göydələnlər tikilir, binaların üzünə dünyanın dörd bir yanından mərmərlər gətirib bəzəyirlər, amma normal bir cəmiyyət qurmaq istəmirlər. Amma bu cəmiyyət o zaman inkişaf edəcək ki, orda insan faktoru öndə olsun. Təəssüflər olsun ki, mövcud ictimai-siyasi durum insan faktorunu arxa plana keçirib.
- İndiki şəraitdə müxalifətin tutduğu mövqeyi, oynadığı rolu, həyata keçirdiyi fəaliyyəti necə qiymətləndirirsiniz?
- Təbii ki, müxalifət mümkün olanı edir. Hakimiyyətdə olanlar və onların dostları isə 20 ildən yuxarıdır ki, mən də daxil olmaqla, müxalifət düşərgəsini döyür. Uzun illərdir vura-vura gəlirlər və bundan zövq alır-lar.
Ancaq Azərbaycana milli mücadilə gətirən insanlar, kifayət qədər məhrumiyyətlərə düçar olanlar siyasi proseslərin bu qütbündəki yerlərini tərk etmirlərsə, mənə elə gəlir ki, bu, indiki zamanda Azərbaycanın qələbəsidir. Bu gün meydanda mübarizə aparan müxalifət olmasaydı, Azərbaycan çoxdan batardı. Milli Azadlıq Hərəkatından çıxmış, illərlə təzyiqlərə sinə gərmiş, özlərini urvatlı aparmış insanlar demokratiya qurmaq, Azərbaycanda insan faktorunu önə keçirmək istəyirlər. Ќə qədər parçalanma cəhdi olsa da, bu insanlar yenidən Milli Şura adlanan bir qurumda təmərküzləşə bilirlərsə, Azərbaycan ziyalısı önə çıxırsa, ölkənin ambisiyalı siyasiləri aydının ətrafında birləşirsə, onu önə verirsə, mən buna "Bərəkallah!"- deyi-rəm. Bu qədər təlatümün içərisində özlərini itirmədilər, qafaları çaşmadı, insan amilini unutmadılar və yenidən aydınlarımızı önə vermək təşəbbüsündə bulundular. Bu baxımdan, hesab edirəm ki, müxalifət ən maksimum olanı edib.
- Ancaq Milli Şura daxilində ciddi qarşıdurmalar, fikir ayrılıqları var. Əgər hamı bir məqsəd üçün çalışırsa, eyni hədəf uğrunda mübarizə aparırsa, bu savaş nəyə lazımdır?
- Mənə elə gəlir ki, burada zaman faktorunun da rolu var. Bu fikir ayrılıqları xeyli əvvəl həll olunmalı idi. Yəni, zaman baxımından müəyyən şeylər uduzuldu. Belə bir qurum bir il bundan öncə formalaşmalı, na-mizəd müəyyənləşməli, seçki taktika və strategiyası hazırlanmalıydı. Amma Azərbaycan reallığı o cür modellərin rahat gerçəkləşməsinə imkan vermir. Yəni, "qara piar" məşiətimizin, cəmiyyətimizin, mədəniyyətimizin "atribut"larına çevrilib. Belə bir şəraitdə daxildə müəyyən gərginliyin olması təbiidir. Ona görə ki, biz hazırda hansı şəraitdə yaşadığımızın fərqində olmalıyıq. İnsanlar yeri gələndə ehtiyacları uc-batından mənəviyyatını da, mədəniyyətini də, şəxsiyyətini də qurban verə bilir. Təəssüf ki, Azərbayca-nın mövcud reallığının acı həqiqəti bundan ibarətdir.
Milli Şurada təmsil olunan insanlar da eyni şeyi axtarırlar, amma düşüncələrdə fərqliliklər var. Mən onu da istisna eləmirəm ki, Milli Şura daxilində yaranan gərginliklərin böyüməsində kənar təsirlər də möv-cuddur. Milli Şuranın bu millətə rəhbərlik edə bilməyəcəyi obrazını yaratmaq üçün milyonlar, milyardlar xərclənir. Bunun üçün hakimiyyətin bütün qolları işləyir. Buna görə də baş verənləri təbii qəbul edirəm.
Milli Şurada fərqli fikirlər, dəyərləndirmələr var və mənə elə gəlir ki, fikir müxtəlifliyini normal qarşıla-maq lazımdır. O zaman ki, insanlar bir ağıza baxır, amma içərisi qara bağlayırsa, o cəmiyyətlər çürük cə-miyyətlər olur. Azərbaycan insanını fərqli fikir söyləməyə, bir-birinə tənqid etməyə öyrətməliyik.
Təbii ki, Milli Şuranın fəaliyyətində nöqsanlar da var. Zaman baxımından, o cümlədən müəyyən seçki st-rategiya və taktikasının cəmiyyətə təqdim olunmaması kimi texnoloji deffektlər görürəm. Mən özüm seçki texnologiyası üzrə mütəxəssisəm, Qərbin bir sıra institutlarında kurslarda olmuşam, mühazirələr oxumuşam. Amma buna baxmayaraq, Azərbaycan reallığında ən yaxşısı elə budur.
- Deyirsiniz ki, Milli Şura daxilində yaranmış gərginlikdə kənar qüvvələrin təsiri var. Amma bu gün ALP İsa Qəmbəri hakimiyyətə işləməkdə ittiham edirsə, "El" Hərkatı incik düşürsə, Rəsul Quliyev o tərəfdən hücuma keçirsə, burda hakimiyyətin nə rolu ola bilər?
- Çox təəssüf ki, müxalifət qüvvələrinin daxilində mənfi yönümlü düşüncələr, yanaşmalar da var. Ancaq hakimiyyət hamını azad buraxmayıb ki, nə istəyirsə, onu da etsin. Hər halda, proseslərin mənfi istiqamətə yönəlməsində hakimiyyətin ölkədə yaratdığı şəraitin təsiri var. Bu hərtərəfli təzyiq mühiti müxali-fəti də bir-birinə düşmən etməyi bacarır.
Biz tarixi də unutmamalıyıq. Milli Azadlıq Hərəkatı, bu hərəkatdan öndə olanlar və onları daşlayanlar da olub. Müəyyən mənada onlar hələ də içəridə qalırlar. Amma ümumi götürəndə, biz mürəkkəb, kifayət qədər də geosiyasi vəziyyəti dəyişəcək bir model ortaya qoymaq istəyiriksə, bunun üzərinə gələnlər olacaq. Hələ harasıdır, bundan sonra üstümüzə gələnlər daha da artacaq. Bəlkə də elə bir qrup hazırla-nır ki, lap kritik məqamda bəyanat verib, prosesə böyük zərbə vuracaq.
- Həm hakimiyyətin yürütdüyü siyasəti, həm müxalifətin durumunu nəzərə alaraq, qarşıdan gələn seçkilərdə müsbət nəsə gözləməyə dəyərmi?
- Mən, bütün hallarda mahiyyətcə optimist adamam. Ümid hər zaman sonda ölür, ona görə də mən hə-lə də ümidliyəm. Azərbaycan insanı bu vəziyyətdə yaşamağa layiq deyil. Azərbaycan elmi, təhsili, mə-dəniyyəti, mənəviyyatı bu cür manipulyasiyaların qurbanı olmamalıdır. Əgər qonşu Gürcüstanda gürcü insanı özünü daha mədəni, daha demokratik göstərmək istəyirsə, bu, mənə müəyyən mənada təsir edir. Azərbaycan insanının mədəniyyəti, məişəti, mənəviyyatı o qədər zəngindir ki, o, daha gözəl Azərbaycan qura bilər. O, yerin altında Allahın verdiyi varidatdan insanlar yetişdirər, gəncliyi milli ruhda tərbiyə edər, Azərbaycan hakimiyyətini ümummilli auralı hakimiyyətə çevirər. Bu gün millət və hakimiyyəti götürsək, mənə elə gəlir ki, bu hakimiyyətdən millət iyisi gəlmir. Bəlkə də mən maksimalist düşüncədəyəm, amma bu gün Azərbaycan hakimiyyəti nə Avropada, nə tərəqqipərvər bəşəriyyətdə, nə övliyyalar yanında başucalığı gətirən əməllər etmir. Azərbaycan xalqı korrupsiya və rüşvətxorluğun baş alıb getdiyi, insan haqqı tapdalanan cəmiyyətdən qurtulmalıdır. Mən, bunun bu il olmasını çox istəyirəm. Təbii ki, bunun da iki yolu var. Hakimiyyət yuxarıdan islahatlar modelini ortaya qoymalıdır, ən yaxın zamanda dövlət başçısı bütün qüvvələri bir araya yığaraq demokratik seçki vədini verməlidir. Belə olacağı təqdir-də onun adı tarixə qızıl hərflərlə yazıla bilər.
Ya da dəyişiklikləri xalq edəcək, lakin geci-tezi var. Amma çox istərdim ki, bu dəyişiklik bu il baş versin. Dünyada gedən proseslər də, bölgədəki durum da, geosiyasi savaş meydanının daraldığı da tələb edir ki, bir anda Azərbaycan aydın mövqeyini ifadə eləməlidir. Bunun yolu da millətimizin ruhuna, Elçibəy-Rəsulzadə düşüncəsinə uyğun olaraq, demokratik dünyaya inteqrasiyadan keçir. Bu yolun alternativi də yoxdur.
- Zəlimxan bəy, przident seçkilərində adətən mübarizə iki tərəf arasına gedir. Bu seçkidə tərəfin biri bəllidir - hakimiyyətin namizədi, Sizcə, ikinci tərəf kim olacaq?
- Bütün hallarda iki qütb var və qütblərin mahiyyəti bir-birinə tamamilə ziddir. Namizədlər 50-də olar və hər bir vətəndaş konstitusion hüququndan istifadə edə bilər. Hər hansı bir namizədi aşağılamaq fikrin-də də deyiləm, ayrı-ayrı namizədlərin əleyhinə yazılan yazıları da etik normalara uyğun saymıram. Amma gerçək odur ki, əgər hakimiyyət bir düşərgəni, bir palanı döyməkdən yorulmursa, deməli, prinsip etibarı ilə alternativ gücdür. Bu gün həmin qütb Milli Şuradır. Budəfəki seçkidə də dediyiniz mübarizə Milli Şuranın namizədi ilə hakimiyyətin namizədi arasında gedəcək.
Zaur ƏHMƏD
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır