BQP toplandı: partiya 65 namizədlə seçkiyə qatılır - Fazil Mustafa isə yenə Sabunçuya üz tutdu

img

10-12-2019 [12:43]


Bu gün Böyük Quruluş Partyası Ali Məclisinin iclası keçirilib. İclasda 09 fevral 2020-ci il tarixə təyin olunan Azərbaycan Respublikası Milli Məclisnə növbədənkənar seçkilərdə Böyük Quruluş Partiyasının iştirakının məqsəduyğunluğu haqqında qərar qəbul edilib. 

 
Bu barədə Mia.az-a partiyadan məlumat verilib.
 
Bildirilib ki, Ali Məclis üzvləri yekdilliklə partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanı 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürüblər. 
 
Məclisdə həmçinin ölkənin 65 seçki dairəsindən deputalığa namizədliklər müəyyən edilib. 
 
Digər seçki dairələri üzrə namizədlərin müəyyən edilməsi səlahiyyəti də partiyanın Siyasi Quruluna həvalə edilib.
 
Bununla yanaşı, partiyanın səlahiyyətli nümyəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də təyin edilib. 
 
Bu gün artıq Fazil bəyin seçki sənədləri 26 saylı Sabunçu birinci seçki dairəsinin Dairə seçki komissiyasına təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR