"Çingizin 102 FM-i niyə tenderə çıxarılıb?" - Vahid Mustafayev

img

07-12-2019 [15:25]


Azərbaycanın Millə Qəhrəmanı Çingiz Mustafayev adına radio tezlik, 102 FM FM ANS ÇM satışa çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə Çingiz Mustafayevin qardaşı, bağlanan ANS kanalının rəhbəri Vahid Mustafayev sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, axı Azərbaycan radio yayım diapazonunda hələ 30-40 boş tezlik varsa, Çingizin 102 FM-inə tender niyə elan edilməli idi: "Çingiz Mustafayevin 60 illik yubileyi ərəfəsində MTRŞ tərəfindən həyata keçirilən bu əməliyyatın məqsədlərini bilmirik. Amma biz də, Milli Qəhrəmanın adını daşıyan əfsanəvi radio tezliyi qorumaq üçün çətinliklə də olsa, bəhanələrə baxmayaraq, bu tenderə qatıldıq. Artıq məlumdur ki, bizdən başqa tenderə 2 media qurum da müraciət edib...

Bu hadisə ilə əlaqədar ilk olaraq Haqqın.az redaksiyası həyacan təbili çaldı və mənə müsahibə üçün müraciət etdi. Yəqin ki, sabah azərbaycandilli, vətənpərvər və Çingizsevər saytlar da bu müsahibəni tərcümə edib, paylaşarlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub