Doğru Yol Partiyasının toplantısı keçirilib

img

09-09-2013 [21:36]


Doğru Yol Partiyası Təşkilat Komitəsi növbəti toplnatısını keçirdi. Doğru Yol Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin ( Q.H.Ü.T.K ) sədri Kəramət Salayevin verdiyi məlumata görə Partiya quruculuğu mərhələsin yaşayan Təşkilat Komitəsinin növbəti yığıncağı keçirilib. 

Yığıncaqda partiyanın təşkilatlanması, siyasi proseslərdə fəal iştirakı o cümlədən Doğru Yol Partiyasının 09 oktyabr prezident seçkisinin monitorinqi üçün müşahidəçi qrupunun hazırlanması məslələri müzakirə edilib. Doğru Yol Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Kəramət Salayev həmçinin qeydiyyata alınmış prezidentliyə namizədlərdən birinə siyasi dəstək verilməsi üçün Partiyanın Təşkilat Komitəsində müzakirələrin başlandığını dedi. "Gözlənilir ki, Milli Şuranın namizədi professor Cəmil Həsənli və ya REAL sədri İlqar Məmmədovun namizədliyinin dəstəklənməsi üçün Təşkilat Komitəsi siyasi qərar versin. Hələki müzakirələr gedir, çox güman ki, yaxın zamanda partiyanın mövqeyini açıqlayacağıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA