Lalə Şövkət Cəmil Həsənliyə söz verdi

img

09-09-2013 [21:35]


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli sentyabrın 9-da Liberal Partiyasının lideri Lalə Şövkətlə görüşüb. Məlumatı "Media forum” saytına ALP sədri Əvəz Temirxan verib.

Əvəz Temirxanın sözlərinə görə, Lalə Şövkət görüşdə Cəmil Həsənliyə dəstək ifadə edib: "Lalə xanım Cəmil bəyə söz verdi ki, seçki kampaniyasında onu dəstəkləyəcək. Dəstəyin hansı formada olacağı seçki kampaniyası dövründə məlum olacaq. Vəziyyətə uyğun addım atılacaq”.

Əvəz Temirxan bildirib ki, görüşdə Lalə Şövkətin Milli Şuradan çıxması məsələsi müzakirə olunmayıb.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli isə görüşlə bağlı deyib: "Seçkiqabağı duruma, Azərbaycandakı vəziyyətə, Milli Şura ilə bağlı bir sıra məsələlərə toxunduq. Səmərəli bir fikir mübadiləsi oldu. Liberal Partiyasının Milli Şurada qaldığı bildirildi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA