İraqda bugünkü etiraz aksiyalarında 27 nəfər öldürüldü

img

28-11-2019 [23:59]


İraqda bu gün hökumətə qarşı keçirilən etiraz nümayişləri zamanı azı 27 nəfər həlak olub.

BBC xəbər verir ki, ölkənin cənubundakı Nəsiriyyə şəhərində təhlükəsizlik qüvvələrinin körpünü boşaltmaq üçün nümayişçilərə atəş açması nəticəsində azı 20 nəfər öldürülüb. 

Daha 4 nəfər Bağdadda, 3 nəfər isə İranın Baş Konsulluğunda yanğın zamanı (Nəcəf şəhərində) ölüb. Qarşıdurmalar zamanı həmçinin daha 18 nəfər yaralanıb. Qeyd edək ki, Nəsiriyyə baş nazir Adil Əbdül Mehdinin doğma şəhəridir.

Xatırladaq ki, oktyabrın 1-dən etibarən ölkə boyu işsizliyə, korrupsiyaya, dövlət xidmətlərinin yarıtmaz fəaliyyətinə qarşı etiraz nümayişləri getdikcə hökumətə qarşı çevrilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA