Avropa Liqası: "Trabzonspor"la "Başakşəhər" uduzdu, "Beşiktaş" isə qalib gəldi

img

29-11-2019 [00:15]


UEFA Avropa Liqasında V turunda keçirilən 3 oyun yekunlaşıb.

Mia.az xəbər verir ki, C qrupunda "Krasnodar" Rusiyada "Bazel"ə minimal hesabla qalıb gəlib - 1:0.

İspaniya "Xetafe"si isə  Türkiyədə "Trabzonspor"u məğlub edib - 0:1.

L qrupunda isə "Astana" Qazaxıstanda İngiltərə "Mançester Yunayted"i üzərində gözlənilməz qələbə qazanıb - 2:1.

Türkiyə təmsilçilərindən  "Başakşehir" İtaliyanın "Roma" komandasına uduzub - 0:3. 
Hər 3 qol ilk hissədə vurulub.

Onu da qeyd edək ki, bu oyunun ikinci hissəsində tribunadan meydana atılan əşya ilə "Roma"lı Manuel Pelleqrinin başı yarılıb. Nəticədə meydanda bir neçə dəqiqəlik fasilə yaranıb.

Qrupun digər matçında Almaniyanın "Borussiya" (Monhenqladbax) komandası Avstriyada "Volfsberq"ə qalib gələrək, 8 xalla liderliyə yüksəlib. Eyni xala malik "Roma" 2-cidir. "Başakşehir" 7 xalla 3-cü, qrupda qalan "Volfsberq" isə 4 xalla sonuncudur.

"Beşiktaş" isə evdə 1-0 geriyə düşdüyü Slovakiyanın "Slovan"ı qarşısında sonda qalib ayrılıb - 2-1

Bununla da "qartallar" ilk dəfə meydanı məğlubiyyətsiz tərk etməyi bacarıblar. Lakin bu nəticə Türkiyə təmsilçisinin mərhələ adlamasına yardımçı olmayıb.

Əvəzində növbəti mərhələyə daha 5 komanda yüksəlib. Bunlar I qrupundan Almaniyanın "Volfsburq" və Belçikanın "Gent", K qrupundan Portuqaliyanın "Braqa" və İngiltərənin "Vulverhempton", L qrupundan isə Hollandiyanın AZ klublarıdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR