İsa Qəmbərə "agent" deyildi: "Əgər cəsarətiniz çatırsa, 2003-cü ildə ünvanınıza 0579 agentura nömrəli..."

img

08-09-2013 [12:39]


Azərbaycan Liberal partiyasının sədri Əvəz Temirxan Müsavat Partiyasının başqanı İsa Qəmbərin ünvanına ağır ifadələr işlədib. 

Partiya sədri "Facebook”da yazdığı statusda İsa Qəmbəri Lalə Şövkət Hacıyevaya qarşı kompaniya aparmaqda ittiham edib: "Hörmətli İsa bəy! Son 20 ildə siz, ətrafınız və nəzarətinizdə olan KİV-lər Lalə Şövkət, ALP haqqında ölkədə və xaricdə Sizin xislətinizdən və səviyyənizdən irəli gələn yaymadığınız yalan, böhtan və ünvanımıza söyləmədiyiniz təhqir və küçə söyüşü qalmayıb. Əgər cəsarətiniz çatırsa, 2003-cü ildə ünvanınıza 0579 agentura nömrəli, "MOLOTOV” ləqəbli "KQB agenti” ittihamını səsləndirmiş adamı məhkəməyə verin. Əgər bunu edə bilmirsinizdə (heç edə də bilməzsiniz), susmağınız və bizə böhtan atmamağınız məsləhətdir. Əgər böhtan atmadan siyasət yürüdə bilmirsinizsə, bunu küçə söyüşləri ilə etməyin. Çünki, yalan, böhtan, təhqir, xüsusən küçə söyüşləri ilk növbədə onun müəllifinə layiqlik göstəricisidir. Mən bunları Sizə layiq bilməzdim. Amma, bunları özünüzə layiq bilirsinizsə, "uğurlar” və yazıqlar olsun Sizə!" 

Qeyd edək ki, İsa Qəmbər "Facebook”da yazdığı statusda dolayısı ilə Liberal Partiyasını hakimiyyətə işlədiyini bildirmişdi: "Əgər hakimiyyət Milli Şuraya zərbə vurmaq üçün müxalifət daxilində özünün ən önəmli adamlarının maskalarının cırılmasına gedirsə, demək hakimiyyətin vəziyyəti çox ağırdır, bizim bildiyimizdən də ağırdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA