26-11-2019 [17:49]
"Hökümət 5 ay öncə verdiyi sözünü tutmasa, dinc aksiyalar davam edəcək”.
Bunu Gürcüstanın müxalif "Demokratik Hərəkat – Birləşmiş Gürcüstan” partiyasının sədri Nino Burcanadze deyib. Onun sözlərinə görə, Gürcüstan müxalifəti proporsional seçki sisteminə keçid məsələsində aldadılıb, bununla belə hakim partiya ilə kompromisə getməyə hazırdır:
"Hakim partiya 5 ay öncə söz verdi ki, parlamentdə proporsional seçki sistemi qəbul ediləcək. Bütün müxalif siyasi qüvvələr hakim partiya ilə birlikdə bu beş ayı gözlədi. Düzəlişlə bağlı ictimai dinləmələr keçirildi. Əhalidən böyük dəstək var idi və biz proporsional sistemi dəstəkləmək üçün 200 min imza topladıq. Bütün bunlara baxmayaraq, qanun layihəsi parlament çoxluğu tərəfindən rədd edildi. Əlbəttə, insanlar düşünürlər ki, hakim partiya yalan danışdı və heç kəs insanların nə istədiyinə, nə düşündüyünə hörmət etmədi. İndiki halda hakimiyyət həqiqətən də bu prosesin dinc yolla həllini istəyirsə alman modelinin müzakirəsinə başlamalıdır. Əlbəttə, biz bu dəyişikliyin müzakirəsinə hazırıq. Digər halda isə etiraz aksiyaları davam edəcək”.
N.Burcanadze bildirib ki, alman modelinin tətbiq edilməsi konstitusiyaya düzəliş edilməsinə ehtiyac duymur:
"Bunun üçün 75 səs kifayət edir. Müxalifətin 45 səsi var və bizim sadəcə 30 səsə ehtiyacımız var. Əgər hökümət həqiqətən də öz sözünü tutmaq istəyirsə, bunu qəbul edəcək. Unutmayaq ki, alman modeli proporsional seçki sistemi qədər ideal deyil. Amma bu, bizim tərəfimizdən kompromisdir və biz hökümətin də kompromisə getməsini gözləyirik”, -deyə N.Burcanadze qeyd edib.
Onun sözlərinə görə, hakim partiyanın hazırkı mövqeyi müxalifəti etiraz aksiyalarını davam etdirməyə məcbur edir:
"Bu aksiyalar tamamilə dinc şəkildə keçirilir. Bu gün səhər polisin etirazçılara müdaxilə etməsi hakimiyyətin qanundan kənar addımı idi. Burada insanlar sadəcə oturmuşdular və heç bir fəaliyyətlə məşğul deyildilər. Gecə saat 5-də parlament fəaliyyət göstərmir və dolayısı ilə heç kəs onun işinə mane olmurdu. Hökümət yenə güc tətbiq etdi və gördüyünüz kimi, bir nəfər gözünü itirmək təhlükəsi ilə üzləşdi. Əlbəttə, bu, çox faciəvidir. Təəssüf ki, bu, bizi dinc aksiyalara davam etdirməyə məcbur edir. Önəmli olan məsələlərdən biri də odur ki, mənəvi olaraq biz tamamilə haqlıyıq”, - deyə N.Burcanadze vurğulayıb/APA.
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq