“O sözlər Əli Kərimli və Eldar Namazova aid deyil”

img

07-09-2013 [18:43]


Azərbaycan Liberal partiyasının sədri Əvəz Temirxan partiyanın lideri Lalə Şövkətin Milli Şuranın ünvanına səsləndirdiyi ittihamlara aydınlıq gətirib. O, Facebook-da yazıb: "Lalə Şövkət "haqqın.az" saytında Milli Şuradan danışarkən Milli Şuradakı vəziyyət haqında söylədiyi tənqidi fikirlər Əli Kərimliyə və Eldar Namazova aid deyil”.

Xatırladaq ki, Lalə Şövkət müsahibəsində deyib: "Milli Şuranın yaradılması haqda danışıqlar Eldar Namazov, AXCP və Müsavat arasında 4 ay müddətində bağlı qapılar arxasında gedirdi. Yeni layihənin mahiyyəti barədə heç kimin təsəvvürü yox idi. Mən bu koalisiyanın formalaşdırılmasına ancaq Rüstəm İbrahimbəyovun zəngindən sonra qoşuldum. O, situasiya haqda mənə məlumat verdi və yeni müxalifət koalisiyasına daxil olmağımı xahiş etdi. Biz İbrahimbəyovla hələ Moskvadan yaxşı tanış idik və mən onun təklifini qəbul etdim”.

Lalə Şövkət onu da əlavə edib ki, R.İbrahimbəyov pasport məsələsini həll edə bilmədiyini deyən məqamdan sonra, onu dünən göylərə qaldıranlar, ağsaqqal və böyük sayanlar dərhal ona qarşı təhqirə keçdilər və qəzetlərində ona qarşı təbliğata başladılar: "Belə də mənəviyyatsızlıq olar? Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam. Bu həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA