Tbilisidə aksiyada növbəti toqquşma: etirazçılar Prezident Sarayının qapılarını qıfılladı + FOTO

img

24-11-2019 [12:51]


Tbilisidə aksiyaçılar Gürcüstanın prezident sarayının darvazasına qıfıl asıblar.

Aksiyaçılar öncə iqamətgahın qapısını qıfıllamağa cəhd ediblər.

Etirazçılar bildiriblər ki, prezident Salome Zurabişvili ölkədə siyasi böhran yaranandan on gün sonra bəyanat verib və bu da onları hiddətləndirib.

Qeyd edək ki, S.Zurabişvili ötən gün hazırda ölkədə qarşıdurmanın vaxtı olmadığını bildirib. Dövlət başçısı hamını gərginliyi azaldacaq qərar tapmağa çağırıb.

Gürcüstanda etirazlar noyabrın 14-də proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin parlamentdə qəbul edilməməsindən sonra başlayıb.

***

Tbilisidə Gürcüstan prezidentinin Atoneli küçəsində yerləşən sarayı qarşısında aksiya keçirilir.

Aksiya iştirakçıları olan müxalif və ictimai fəallar sarayın darvazalarına simvolik olaraq qıfıllar asmağa cəhd ediblər.

Polis aksiyaçıların bu cəhdinin qarşısını alıb, tərəflər arasında qarşıdurma baş verib.

Aksiyaçılar prezident Salome Zurabişvilidən hakimiyyət və müxalifət arasında mediator olmağı tələb ediblər/Report.

------------



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA