20-11-2019 [00:23]
Qoç - əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də, dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla.
Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların rəğbətini qazanacaqsınız.
Buğa - əlverişsiz gündür. Taledən hədiyyə, ətrafdakılardan xoş sürprizlər gözləməyin. Nail olmadığınız hər şeyi yalnız öz gücünüzlə əldə edə bilərsiniz. Təbii ki, bu yorucudur. Hansısa yeni layihə üzərində işə başlanması mümkündür. İlk addımlar çətin olacaq.
Yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Sizin davranışınızdakı olduqca kəskin dəyişiklik ətrafdakıları çıxılmaz vəziyyətə salacaq. Davranışlarınızın nədən yarandığını izah etməyə çalışın.
Əkizlər - bu gün işgüzar məsələlərin həlli üçün yaxşı gündür. Həyat potensialı, enerjiniz və mənəvi gücünüz yüksəkdir. Bu, uğur əldə etmək üçün lazım olacaq. Yeni çətin işlər meydana çıxacaq. Amma onların öhdəsindən əla gələcəksiniz. Siz hədəfə doğru qətiyyətlə irəliləyirsiniz, heç nə və heç kim sizi bu yoldan döndərə bilməyəcək. Başqa yerə köçmək, təmirə başlamaq olar.
Siz cəmiyyət üçün faydalı nəsə etmək imkanını əldən buraxmayacaq və öz işinizin nəticəsindən razı qalacaqsınız. Yeni tanışlıqlar mümkündür.
Xərçəng - Dostlarla görüşlər, yaxınlarla ünsiyyət sevinc bəxş edəcək. Qonaq qəbul etmək üçün münasib gündür. Vacib məsələləri evdə müzakirə etmək tövsiyə olunur. Uğurlu bazarlıqlar mümkündür. Bu gün həm gündəlik istifadə üçün adi şeylər, həm də qeyri-adi, ekstravaqant nəsə almaq olar.
Şir - bütün qarşıdurma və münaqişələr kəskinləşəcək, ailə münasibətləri korlanacaq. Maliyyə mənzərəsi əlverişsizdir. Bu gün sövdələşmələrə getmək, iri bazarlıqlar etmək tövsiyə olunmur. Bundan başqa, təmirə başlamaq, başqa yerə köçmək və daşınmaz əmlakla bağlı sənədləri imzalamaq olmaz.
Qız - bu gün daha çox romantik görüşlər üçün münasibdir. Ulduzlar tənha Qızlara sevgi macəraları vəd edirlər. Artıq sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş nəsə əlavə edə bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər zəngin olsa da, axşam yorğunluq hiss etməyəcəksiniz.
Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq. Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir.
Tərəzi -asanından tutmuş çətininə qədər müxtəlif məsələlərin həlli üçün əlverişli gündür. Bütün çətinliklərin öhdəsində gələ biləcəksiniz. Üstəlik, seçdiyiniz üsullar səy tələb etməyəcək. Həmkarlarınız və partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin hamı sizin nöqteyi-nəzərinizin düzgün olduğunu qəbul edəcək. Sadəcə olaraq, bunun geci-tezi var.
Həyat potensialı yüksəkdir. Siz enerji ilə dolusunuz və özünüzü yaxşı hiss edirsiniz. Fiziki işlə məşğul olmaq, idman yarışlarında iştirak etmək olar.
Əqrəb - işlərdə problemlər mümkündür. Fikri diqqət tələb edən məsələlərə yönəltmək çətin olacaq. Üstəlik, ətrafdakılar sizin işlərinizə yersiz müdaxilələr edəcəklər. "Ayı xidməti" göstərən bədxahlardan qorunmaq lazım gələcək. Daşınmaz əmlak almaq, təmirə başlamaq, biznesə pul qoymaq tövsiyə olunmur.
Çoxdan gözlədiyiniz xəbəri ala bilərsiniz. Darıxdığınız adamın özünü xatırlatması da istisna deyil. Ümumi planların, birgə fəaliyyətin müxtəlif aspektlərinin müzakirəsi üçün yaxşı gündür.
Oxatan - sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.
Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək.
Oğlaq - gün uğurlu başlayacaq. Siz gümrahlıq və yaşam gücünüzün artdığını hiss edəcəksiniz. Səhər saatları qadınlarla ünsiyyət üçün münasibdir. Axşama doğru isə güclü cinsin nümayəndələri ilə dil tapmaq daha asan olacaq.
Bu gün diqqət mərkəzində ola bilərsiniz. Yeni tanışlıqlar asan qurulacaq, baş gicəlləndirən romanlar başlayacaq. Çətin vəziyyətlərdə diplomatiklik və nəzakət köməyinizə çatacaq: hətta ən küsəyən adamlar da sizdən narazı qalmayacaqlar.
Dolça - o qədər də əlverişli gün deyil. Ümidlərinizin qismətində doğrulmaq yoxdur. Amma siz bununla o dəqiqə barışmaq istəməyəcəksiniz. Bu gün üçün qurduğunuz planlar, çətin ki, həyata keçsin.
Dolçalar bu gün çox qısqancdırlar (bu, bürcün adətən qısqanclıqdan uzaq nümayəndələrinə də aiddir) və bu səbəbdən sevdikləri adamla münasibətlərdə çətinliyi özləri yaradacaqlar. Tənha Dolçalara isə sakitliyi qorumaq çətin olacaq, onlar boş şeylərə görə əsəbləşəcəklər. Xüsusi ehtiyatlılıq tələb olunur. Çünki zədələr baxımından təhlükəli gündür.
Balıqlar - bu gün çox maraqlı olacağını vəd edir. Siz kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun əhval-ruhiyyəyə ildırım sürətilə düşürsünüz. Bir çox Balıqlar özlərində gözlənilməz istedad və qabiliyyətlər aşkarlayacaqlar.
Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil. Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz. Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala bilərsiniz.
Milli.Az
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb