Əli Əsədov mətbuat katibini də işdən çıxardı - Hökumətdə daha bir dəyişiklik

img

19-11-2019 [12:40]


Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Ayaz Mirzəyev vəzifəsindən çıxarılıb.

Mia.az  xəbər verir ki, bu barədə o, sosial şəbəkədə açıqlama yayıb.

Bildirib ki, bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğu mətbuat xidməti vəzifəsindən ayrılıb: 

"Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR